"Partlayışa ilkin səbəb kimi magistral qaz kəmərində sızıntı olmasıdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında AFEN plazanın sahibi Əbülfət Əliyev deyib.
O bildirib ki, bir neçə gün əvvəl yol təmiri işləri zamanı yaxınlıqdan keçən yerin altında magistral kəmər zədələnib:
"Xətt təmir edilsə də, görünür, bu, uğurlu olmayıb. Zirzəmiyə qaz sızması olub, səhər əməkdaşlar işığı yandırarkən partlayış baş verib. Qazıntılar vaxtı kəmər zədələnmişdi. Hazırda burada da dayanmaq təhlükəlidir. Binada isə qaz olmayıb. Mütəxəssislər də ilkin ehtimallara görə bunu təxmin edirlər. Ziyan barədə hazırda araşdırma gedir. Zərərvuran isə dövlət orqanıdır".
AFEN plazada baş verən partlayışın səbəbləri araşdırılır".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin idarə rəisi Toğrul Mehdiyev deyib.

O bildirib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
"FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunublar. Məlum olub ki, yanğınla müşayiət olunmayan partlayış baş verib. Nəticədə yeddi nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Partlayışın başvermə səbəbi araşdırılır".
Aqil Vəlili
Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində beşmərtəbəli binada baş verən partlayışdan sonra dağıntılar yaranıb, yeddi nəfər xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda deyilir.
FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





Bakının Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
"Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində obyektdə partlayış baş verməsi səbəbi ilə xəsarət alan beş nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Onlardan bir nəfərə (kişi) termiki yanıq, dörd nəfərə isə (biri kişi, üçü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir".
Oxu.Az hadisə yerindən görüntüləri təqdim edir:
Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində partlayışda beş nəfər xəsarət alıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Noyabrın 24-ü saat 09:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində obyektdə partlayış baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
Dərhal iki təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən beş nəfərə (ikisi kişi, üçü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar".
Qeyd edək ki, partlayış AFEN plazada baş verib.
Aygün Mirakif
Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində partlayış olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, partlayış obyektdə qeydə alınıb. Partlayış nəticəsində yeddi nəfər xəsarət alıb.
Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb ediliblər.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
"Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür", - deyə məlumatda bildirilib.
Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində obyektdə partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.