Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı
Bakının Yasamal rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, Yeni Yasamal ərazisində avtomobil bina tikmək üçün qazılan və ətrafı hasarlanmayan bünövrəyə aşıb.
Yasamal sakini qeyd edir ki, həmin ərazi çoxdan qazılsa da, ərazidə hər hansı iş aparılmayıb.
"Bura parklanma yerinin arxasındadır. Ərazi çoxdan qazılsa da ətrafına heç bir hasar çəkilməyib. O səbəbdən nəqliyyat vasitəsini arxaya verən yaşlı insan avtomobil qarışıq həmin qazılmış əraziyə düşüb. Əraziyə təcili tibbi yardım əməkdaşları da gəliblər", - deyə sakin bildirib.
Əzizə İsmayılova
"Bədbəxt hadisə" teqi üzrə xəbərlər
- Ağsuda ekskavatorun aşması ilə bağlı ARAŞDIRMA BAŞLADI
- "Şakir Paşa Ailəsi: Möcüzələr və qalmaqallar" serialı ilə bağlı MÜƏMMA: Daha bir faciə baş verdi
- Yelləncəyin ipi 15 yaşlı qızın boğazına dolandı: Vəziyyəti ağırdır
- Dominikanda gecə klubunda baş verən faciədə ölənlərin sayı 200-ü ötüb
- Daşkəsəndə hərbçi binadan yıxıldı
Ən çox oxunanlar