Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
"Qazaxıstan Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını və dövlətlərarası münasibətlərin qurulmasını alqışlayır".
Oxu.Az-ın "Kazinform"a istinadən xəbərinə görə, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqları zamanı deyib.
Tokayevin fikrincə, bu əlamətdar hadisə Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasının xəbərçisinə çevriləcək və həm Qazaxıstan, həm də bütün Mərkəzi Asiya ölkələri ilə regionda təhlükəsizliyin möhkəmləndirilməsinə və əməkdaşlığın fəal inkişafına töhfə verəcək.
"Kasım-Jomart Tokayev" teqi üzrə xəbərlər
- Tokayev: "Qazaxıstanda heç kim insanlara hansı dildə danışmalı olduqlarını diktə edə bilməz"
- Tokayev: "Azərbaycan xalqı ilə birliyimiz təyyarə qəzasından sonra parlaq şəkildə özünü göstərib"
- Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib
- Tokayev: "Qazaxıstan, Özbəkistan və Azərbaycan yaşıl enerji xəttinin tikintisi üzrə işlərə başlayır"
- Tokayev bir sıra dövlət başçılarını Novruz bayramı münasibətilə təbrik edib