Yasamalda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Qafqazinfo.az-a, bu gün Şərifzadə küçəsində Şabran rayon sakini Azər Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Tofiq Bağırovu vurub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı araşdırma aparılır.