Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yaşamaq uğrunda mübarizə aparan Mələyin vəziyyəti ağırlaşıb: Dəstəyə ehtiyacı var
Doqquz yaşlı Mələyin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Mirvari Turabova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə spina-bifida xəstəliyindən əziyyət çəkir:
"Mələyin doqquz yaşı var, o, anadangəlmə spina-bifida xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən, demək olar ki, onu müalicələrlə həyatda saxlamışıq. Həkimlər Mələyin 2 yaşına qədər spina-bifida ləğvi əməliyyatı keçirməli olduğunu desələr də, imkanımız olmadığına görə bu əməliyyat illərlə qaldı. Sizin saytın izləyicilərinin dəstəyi ilə Mələk dekabrın 19-da həmin əməliyyatı keçirdi".
Gənc ana hazırda Mələyin dəstəyə ehtiyacı olduğunu deyib:
"Biz Qubada yaşayırıq, Mələkdən başqa bir övladım da var. Yoldaşım avtoyuma məntəqəsində işləyir, mən isə övladlarıma görə işləyə bilmirəm. Həkimlər Mələyin təcili müalicələrini davam etdirib, ardınca yenidən bir dəfə də əməliyyata alınmalı olduğunu deyirlər. Mələyin əməliyyatı gec olduğu üçün sağalması da çox gec gedir. Hazırda onun müalicəsi üçün bizim 1 000 manata ehtiyacımız var. Müalicələr yaxşı getsə, Mələk ikinci dəfə əməliyyat keçirəcək. Mələk həyat dolu uşaqdır, küçəyə çıxıb yaşıdları ilə oynamaq istəyir. Amma səhhəti ilə bağlı gəzə bilmir, otura bilmir. Yardımsevər şəxslərdən mənim balama dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 325-38-70.
"Kapital Bank": 4169 7388 2519 9098.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Azyaşlı övladları olan ana ölümlə mübarizə aparır: Artıq uşaqlarını da tanımır
- Üç övladını eyni xəstəlikdən itirən ana yardım DİLƏYİR
- Bir övladını itirən ana yardım diləyir: "Yağmuru da itirməyə ürəyim dözməz"
- Üç yaşlı Zəhranın yardıma ehtiyacı var: Müalicə üçün 700 manat lazımdır
- Üç övladı da ağır xəstəlikdən əziyyət çəkən ana yardım istəyir
Rəylər