Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Cənub-Şərqi Asiyada eynicinsli nikahları tanıyan ilk ölkə: Tailandda qanun qüvvəyə mindi
Tailandda eynicinslilərin nikahını rəsmiləşdirən qanun qüvvəyə minib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Məlumata görə, bununla da Tailand Cənub-Şərqi Asiyada belə nikahların bağlanmasının mümkünlüyünü tanıyan ilk ölkə olub.
Qanunvericilikdə dəyişikliyi nəzərdə tutan fərman 2024-cü ilin sentyabrında dərc edilib və rəsmi olaraq yanvarın 23-də qüvvəyə minib.
Bu qanun mülki məcəllənin nikah, boşanma, həmçinin ər-arvadın ümumi əmlaka sahiblik və sərəncam vermə məsələlərini tənzimləyən maddələri ilə bağlı bir sıra dəyişiklikləri nəzərdə tutur. Əlavə edilən yeniliklər nəticəsində qüvvədə olan normativ aktın mətnindəki "kişi" və "qadın" sözləri "bir tərəf" və "digər tərəf" kimi dəyişdirilib.
Qeyd edək ki, Tailand hökuməti və parlamenti 2024-cü ildə eynicinsli nikahları tanıyan qanun layihəsini təsdiqləyib və bu qanun "Krallıq qəzeti"ndə dərc olunduqdan 120 gün sonra qanun statusunu qazanıb.
Əvvəlki kabinetlər son bir neçə il ərzində ölkədə eynicinsli birliklərin hüquqi tanınmasının müəyyən formalarını nəzərdən keçiriblər. Lakin "İrəliyə hərəkət" müxalifət partiyasının bu cür nikahları leqallaşdırmaq cəhdi alternativ qanun layihələrinin mövcudluğu, habelə 2023-cü ilin mayında keçirilən və yekununda "Phıa Thai" partiyasının başçılığı ilə hakim koalisiyanın yaradıldığı parlament seçkiləri səbəbindən uğursuz olub.
"Tailand" teqi üzrə xəbərlər
- Tailandda polis rusiyalı qadına atəş açdı
- Rusiyalı məmur Tailandda ölü tapıldı: Fahişə tərəfindən öldürüldüyü ehtimal edilir
- Tailandda bədbəxt hadisə: Fil ispaniyalı turist qadını öldürdü
- Tailandda avtobus ağaca çırpıldı: 10-a yaxın ölü
- Tailandda rusiyalı qadının başına dəhşətli hadisə gəldi: "Cənnət adası"ndan qorxunc görüntülər
Rəylər