Yaxın üç gün ərzində Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman və çiskinli olacağı gözlənilir.
Əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub küləyi yanvarın 1-də şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun ayın 30 və 31-də gündüz saatlarında 6-11 dərəcə isti, yanvar ayının 1-də isə 5-7 dərəcə isti olması gözlənilir.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, baş hidroloq Asif Verdiyev deyib ki, rayonlarda da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Lakin ayın 1-də bəzi şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gündüz saatlarında 4-9 dərəcə isti, dağlıq rayonlarda isə 0-5 dərəcə isti olacağı gözlənilir.
Yaxın üç gündə meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.