Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri və regionlar üzrə yay aylarında gün ərzində təxminən 2 000-3 000 müraciət qeydə alınır. Çağırışlar əsasən arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və digər səbəblərlə bağlı olur.
Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Qaynar xətt:
(055) 224 12 12