Gəncədə polis yanacaq doldurma məntəqəsinin operatoruna saxta yüz manatlıq əskinas verən şəxsi axtarır.
Oxu.Az xəbər verir ki, şəhərin Nizami prospektində yerləşən yanacaq doldurma məntəqəsində operator vəzifəsində çalışan Abbasov Rauf Ramiz oğlu polisə müraciət edərək bildirib ki, 19 oktyabr tarixində gecə saat 01:30 radələrində naməlum avtomobillə gələn şəxs ona yanacaq doldurması üçün yüz manat verib.
Bir müddət sonra verilən pulun saxta olduğu ortaya çıxıb.
Hazırda faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma başlanılıb.
Saxta əskinası dövriyyəyə buraxan şəxsin kimliyi araşdırılır.
Rəylər