Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yeddi ildən sonra doğulan Xəyal ölümlə mübarizə aparır
Yeddi yaşlı Xəyal ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Abdulova Gülnar məlumat verib.
O qeyd edib ki, Xəyal qan xərçəngindən əziyyət çəkir:
"İl yarımdır artıq Xəyal yaşamaq uğrunda ağır xəstəliklə mübarizə aparır. Ona ilik köçürülməlidir. Türkiyədə "Ege" Universitetinin xəstəxanasında müalicə alırıq. Donor tapılıb. Amma maddi gücümüz əl vermir ki, ona ilik köçürülsün. Xəyal evin tək uşağıdır. 7 ildən sonra doğulub. Övladımı itirmək istəmirəm. Xalqımdan xahiş edirəm bizə əl uzatsınlar. Xəyala donor köçürülməsi üçün bizə 30 min manat lazımdır".
Əlaqə nömrəsi: 051 704 41 64
Yardım kart: 4169 7388 1309 8955
Rəylər