Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Emin Mahmudov yaşıl meydanlara nə vaxt qayıdacaq?
Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Emin Mahmudov zədəsini sağaldıb.
Oxu.Az xəbər verir ki, Emin Mahmudov bu barədə "Report"a özü məlumat verib.
O, "Neftçi" ilə birlikdə məşqlərə başlayacağını deyib:
"Bildiyiniz kimi sabahdan komanda təlim-məşq toplanışına başlayır. Zədəm sağalıb, hazıram. Kollektivə tam qoşulmaq üçün bir-iki gün lazım olacaq".
Qeyd edək ki, E.Mahmudov Azərbaycan yığmasının noyabrın 16-da Estoniyaya qarşı keçirdiyi UEFA Millətlər Liqası matçından əvvəl zədələnib. "Neftçi" Premyer Liqanın XIX turunda "Sabah"la üz-üzə gələcək. Görüş yanvarın 19-da, "Neftçi Arena"da, saat 18:30-da start götürəcək. Paytaxt təmsilçisi hazırda turnir cədvəlində 17 xalla səkkizinci pillədə qərarlaşıb.
"Sabah FK" teqi üzrə xəbərlər
- Premyer Liqa: "Zirə" "Səbail"i bir qolla üstələdi
- Premyer Liqa: "Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib
- Rusiya millisi ilə Avropa çempionu olan futbolçu Azərbaycan vətəndaşlığı aldı
- Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a qalib gəldi
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb