Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ruhiyyə Ağanmədova məlumat verib.
O bildirib ki, övladı ötən il avqustun 15-də ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb:
"Ümid yeddi yaşındadır. Həyətdə oynayarkən qaynar su vedrəsini üzərinə aşırıb. Nəticədə ayaqları və qollarından ağır yanıq xəsarətləri alıb. Həmin gün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Bir müddət orada müalicə aldıqdan sonra evə buraxıldıq".
Ruhiyyə Ağanmədova övladının müalicəsi üçün maddi dəstəyə ehtiyaclarının olduğunu qeyd edib:
"Ümidin mazlarını və dərmanlarını almaq üçün hazırda 500 manata ehtiyacımız var. Yardımsevər insanlardan bizə dəstək olmağı xahiş edirik. İnanın, bu günlər ərzində əlimizdə olan bütün imkanları onun müalicəsi üçün istifadə etmişik. Artıq buna gücümüz qalmayıb".
Ailə ilə əlaqə: (055) 952-50-89.
"Unibank": 5243 7544 4323 0709.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- On ildir övlad həsrəti çəkən ana yardım diləyir: "Onun həyatda qalmağı üçün dəstəyə ehtiyacımız var"
- Ağır yanıq xəsarətləri alan Fəridin anası: "Bint almağa da imkanımız yoxdur"
- Əlləri yanan bir yaşlı körpənin dəstəyə ehtiyacı var
- Ağır xəstəliyi olan iki yaşlı Rüfətin dəstəyə ehtiyacı var: Müalicə üçün imkanları yoxdur
- İki övladının da səhhətində problem olan ana yardım gözləyir: 600 manata ehtiyacları var
Rəylər