Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ölkənin dağlıq rayonlarında 9 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
Yanvarın 4-ü saat 10:00-a olan məlumata əsasən, Naxçıvan MR-də və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Bildirilib ki, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib.
Xaçmaz, Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti qeydə alınıb.
"Hava proqnozu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər