Bu gün Rusiyanın Yekaterinburq şəhərində xüsusi təyinatlı polis qüvvələrinin keçirdiyi əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərovların yaşadığı evə basqın edilib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya onların qardaşı Seyfəddin Hüseynli açıqlama verib.

Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb.
"İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər".
Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə mk.ru məlumat yayıb.
Şahidlərin sözlərinə görə, onları heç bir izahat vermədən tutub aparıblar. Bildirilir ki, saxlanılanların bəziləri polisə çağırışla gəlib, bəziləri isə hələ də gizlənir.
Həmyerlilərimiz arasında qatilin axtarıldığı bildirilir.
Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak edirlər. İstintaq Komitəsi hələlik məsələ ilə bağlı şərh verməkdən yayınıb.
Məlumata görə, söhbət 2001-ci ildə Azərbaycan diasporunun adı hallanan qətldən gedir.