Türkiyə əməkdaşlığı genişləndirməklə Bakı-Tbilisi-Qars layihəsinin səmərəliliyini artırmaq niyyətindədir.
Oxu.Az "CNN Türk" telekanalına istinadən xəbər verir ki, bunu İstanbul Konqres Mərkəzində təşkil olunan Qlobal Nəqliyyat Dəhlizləri Forumunda Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi və artan geosiyasi risklər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artıb.
"Orta Dəhliz iqtisadi inkişaf və ticarətin şaxələndirilməsi üçün imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu bu marşrutun mühüm tərkib hissəsidir", - Fidan bildirib.
Diplomat əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Orta Dəhlizin mühüm tərkib hissəsinə çevrilməsi Türkiyə, Azərbaycan və Gürcüstan arasında nümunəvi üçtərəfli əməkdaşlığın nəticəsidir.