Dekabr gəldi, onunla yanaşı həm də çoxlarının sevdiyi Yeni il qabağı qayğılar da gəldi – mağazaların bəzədilmiş vitrinləri, bəzəkli şam ağacları, rəngbərəng işıqlar və əlbəttə ki, uşaqların sevimli simaları.
Yeni il bütün uşaqların sevimli bayramıdır. Onlar nəfəslərini sıxaraq Şaxta babadan hədiyyə gözləyirlər və şam ağacını rəngarəng oyuncaqlarla bəzəməyi sevirlər. Axı hansı valideyn övladını sevindirmək istəməz ki, həm də özümüz də müəyyən müddətə gündəlik problemlərdən uzaqlaşaraq bu möcüzəli ab-havaya düşərək həyatımıza bir anlıq da olsa nağılın addım atmasına izin veririk.
Amma hər şey bu qədər asan deyil, çünki bu nağılın qiyməti var, araşdırmalar isə bu qiymətin heç də ucuz olmadığını təsdiqlədi.
Beləliklə də, biz bu gün, 300 manata yaxın maaşı olan orta statistik vətəndaşın evini Yeni il üçün bəzəmək və uşaqlarını sevindirmək üçün nə qədər xərc çəkməli olduğu haqqında danışacağıq.
İlkin olaraq belə alış-veriş üçün ən məşhur olan yer - Sədərək Ticarət Mərkəzində qiymətləri nəzərdən keçirək.
Hər bir uşaq təbii ki, evdə bayram üçün böyük şam ağacının bəzədilməsini istəyir. Sədərək TM-də hündürlüyü 210 sm, Çin istehsalı olan belə şam ağacı valideynlərə minimum 50 manata başa gələcək.

Əgər Çin istehsalından çəkinirsizsə, burada sizə Tailandda istehsal edilən şam ağaclarını təklif edə bilərlər, onlar isə 210 manatdır.

Bundan başqa satışda “fabrik istehsalı olan” satıcının sözlərinə görə, Avropa ölkələri üçün istehsal edilən ağaclar da var. Onlar hipperallergik və uşaqlar üçün təhlükəsizdirlər. Bu ağacın qiyməti 210 manatdır.

“Qrafika” mağazasının Sədərək TM-də yerləşən filialında şam ağacları 296 manatadır. Onların qiymətinin bahalılığını satıcı Hollandiyadan gətirilməsi ilə açıqladı.
İndi isə oyuncaqlar haqqında.
Sədərək TM-də təqdim edilən oyuncaq çeşidinin sayı-hesabı yoxdur, istənilən zövqə və pul kisəsinə uyğun. Oyuncaqların qiyməti 1,5 manatdan başlayır. Bir qədər bahalıları da var – 3 manatdan 10 manata qədər, bu dəstə adətən 3-9 oyuncaq daxil olur.

Sadə riyazi hesablamalara görə 2 metr hündürlüyü olan ağacı bəzəmək üçün minimum 40 oyuncaq lazımdır, bu isə 25 manat edir.
Bəs işıqlar?
Şam ağacı üçün rəngarəng işıqlar 4-8 manat arası başa gələcək.

Yeni ildə şam ağacı altında ənənəvi Şaxta babanın fiquru olmalıdır. Şaxta baba isə valideynlərə 6-15 manat arası başa gələcək.

Uşaqlar maskarad kostyumlarını çox sevirlər. Sədərək TM-də belə kostyumların qiyməti 5-15 manat arasındadır.


Sonda isə əgər evinizi əsl yeni il ab-havasında görmək istəyirsinizsə divara və ya qapıya vurulacaq çələng şəkilli bəzəklər (5-25 manat), yeni il bəzəkli süfrələr (4-5 manat) və bayram salfetləri (1,5-2 manat) ala bilərsiniz.

Yuxarıda deyilənləri ümumiləşdirsək deyə bilərik ki, ən qənaətli yeni il hazırlığı (şam ağacı – 50 manat, oyuncaqlar – 25 manat, işıqlar – 4 manat, Şaxta baba fiquru – 6 manat, maskarad kostyumu – 5 manat. Sonda: 90 manat) orta-statistik azərbaycanlı ailəsinin büdcəsinə ağır gələcək. Axı hələ uşaq üçün hədiyyə və bayram süfrəsi də nəzərə alınmalıdır.
Bu hələ başlanğıcdır, əsl sürpriz bizi Bakının mağaza və mall-arında gözləyir.
İndi isə paytaxtın mərkəzi mağazalarında şam ağacı və oyuncaqlara nə qədər pul xərcləməli olacağımızı hesablamağa çalışaq.
Oyuncaq dəstləri ev üçün ləvazimatlar mağazaları şəbəkəsində 28 manat, stolüstü bəzəklər 8,90 manat, bir şam ağacı oyuncağı 6 manatdır.


Digər mağazalarda da vəziyyət fərqli deyil – bir oyuncağın qiyməti 7-19 manat, Şaxta babanın fiquru 71 manatdır.


Dəftərxana ləvazimatı və oyuncaqlar satılan “Qrafika” mağazasında 2 metr hündürlüyü olan şam ağacı 329 manat, 1,5 hündürlüyü olan isə 115 manatdır.

Oyuncaq dəstlərinin qiyməti 2,6 manatdan 35 manata qədərdir, amma 1,8 manatdan 12 manata qədər olan oyuncaqlar da var.



Şaxta baba fiquru 24,8 manatdır.


Beləliklə də şam ağacını bəzəmək (2 metr hündürlüyü olan oyuncaqlar və şaxta baba fiquru nəzərə alınmaqla) təxminən 350-400 manata başa gələcək.
Amma qiymətlər üzrə bütün rekordlar “Gallery” oyuncaq mağazasına məxsusdur.

Şam ağaclarının qiymətləri burada 250 manatdan 1500 manata qədərdir.

Oyuncaqlar 25 manat və daha çox, Şaxta baba fiquru isə qayğıkeş valideynlərə 141 manata başa gələcək.


Bəzəkli şam ağacı istəsəz burada o sizə 1500 manata başa gələcək.
Müqayisə üçün qeyd edim ki, Amerika internet-mağazalarında təxminən 2 metr hündürlüyü olan şam ağacı 80 dollar, 1,5 metr hündürlüyü olan isə 25-50 dollar arası başa gəlir. Oyuncaqlar isə - 6 oyuncaq olan dəst 12 dollardır.
Yeni il qabağı isə biz bayram süfrəsi üçün ərzaqların qiymətlərinə dair təhlil apararaq, onları Avropa və ABŞ supermarketlərindəki qiymətlər ilə müqayisə edəcəyik.
Aliyə İsmayılzadə