Google Play-də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yerli mütəxəssislər tərəfindən hazırlanmış Azərbaycanın qədim sakinləri barədə “Qobustan” adlı oyun peyda olub.
Qobustan – Bakının yaxınlığında yerləşən, ərazisində ibtidai insanın yaşadığı, özündən sonra çoxlu sayda qayaüstü rəsmlər qoyub getdiyi, tarixi qoruq olduğu üçün oyunçuya özünü Azərbaycanın qədim sakini kimi hiss etmək təklif edilir: ətraf torpaqları tədqiq etmək, qida tapmaq, təbii kataklizmalardan xilas olmaq, ayin və mərasimləri yerinə yetirmək və s. Oyunçunun əsas məqsədi ətraf mühitə uyğunlaşmaq və özü üçün stabil gələcək təmin etməkdir.
Oyun təkcə orijinal süjeti ilə deyil, həm də çox gözəl dizaynı, personajları, eləcə də musiqi tərtibatı ilə seçilir.