Bakıda 16 yaşlı qız yıxılaraq ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə yaxın yerləşən 17 mərtəbəli binada baş verib.
16 yaşlı qız binanın 13-cü mərtəbəsindən yıxılıb.
Bakı şəhər Prokurorluğundan Oxu.Az-a bildirilib ki, məsələ barədə araşdırma aparılır. Məlumat veriləcək.
İlhamə Əbülfət
www.oxu.az