Yerli ərik və şaftalı bazara çıxdı. Qiymətləri isə 6 manatadək yüksəlib. Ancaq digər yerli mövsümi meyvələrin çıxması bazarlarda nisbətən ucuzluğa səbəb olub.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, qiyməti ən çox düşən məhsullar çiyələk, alça və almadır.
Ərik və gilas bəzi rayonlarda tam yetişmədiyindən qiymətləri 1 kiloqrama görə 2 manat 50 qəpik - 6 manat arası dəyişir.
Satıcılar qiymətlərin ucuzlaşmasının əsas səbəbinin bu il yerli məhsulun bol olması ilə əlaqələndirirlər. Bir neçə günə bəzi meyvələrin bazarlara çıxması ilə qiymətlərin daha da enəcəyi gözlənilir.
S.B.
www.oxu.az