Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnə bilərlər
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnə bilərlər.
"Report"un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-3-cü maddə (Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə) əlavə edilir.
Yeni maddəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər 1 000 manat məbləğində cərimə ediləcəklər.
Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manat məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
"Erkən nikah" teqi üzrə xəbərlər
- Bahar Muradova: "Erkən nikahlarla bağlı problem yaradan bütün məqamları aradan qaldırmışıq"
- Vergi uçotuna düşməyənləri nə gözləyir? - Xəbərlərin 20:00 buraxılışı
- Xalası oğluna ərə verilən 11 yaşlı qızla bağlı yeni DETALLAR
- Naxçıvanda erkən evliliyin qarşısı alınıb
- Bu il Azərbaycanda 11 erkən nikahın qarşısı alınıb - RƏSMİ