Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yevlax şəhərinin yeni Baş plan layihəsi ilə bağlı hazırlıq işləri görülür
Yevlax şəhərinin yeni Baş plan layihəsi ilə bağlı hazırlıq işləri görülür.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev şəxsi sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Bildirilib ki, martın 7-də Yevlax şəhərinə səfər edən komitə sədri rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevlə şəhərin davamlı inkişafının təmin edilməsi məqsədilə yeni ərazi planlaşdırma sənədinin hazırlıqlarına dair fikir mübadiləsi aparıb.
Səfər çərçivəsində Yevlax, Mingəçevir, Naftalan, Goranboy və Xocalı sakinləri ilə də görüşən Anar Quliyev vətəndaşların tikintiyə icazə və torpaq münasibətləri ilə bağlı suallarını cavablandıraraq, şəhərsalma və tikinti prosedurları barədə ətraflı məlumat verib.
"Yevlax" teqi üzrə xəbərlər
- Yevlaxda üzərinə hasar uçan 20 yaşlı qadın ölüb
- Yevlaxda 32 yaşlı kişini güllələyən şəxs ANAMA-nın əməkdaşı olub
- Rüfət özünü imtahandan az bal topladığı üçün öldürübmüş - Şagirdin intiharının TƏFƏRRÜATI
- Yevlaxda oğurluq və narkotiklərlə əlaqəli cinayətlər törədən iki nəfər saxlanılıb
- Yevlaxda qəza - Türkiyə vətəndaşı yaralandı