Yevlaxda iki avtomobilin toqquşması nəticəsində ölənin şəxsiyyəti məlum olub.
Report-un məlumatına görə, həmin şəxs Yevlax sakini Fəxri Fəxrəddin oğlu Əlillidir.
Qeyd edək ki, hadisə rayonun Hürüuşağı kəndi yaxınlığında qeydə alınıb.
“Hyundai-Sonata” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində F.Əlilli hadisə yerində ölüb.
Daha iki nəfər isə xəsarət alaraq xəstəxanaya aparılıb. Qəzaya düşən avtomobillərdən birinin banka məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
09:27
Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, qəzanın qeydə alındığı əraziyə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Qəzanın təfərrüatı araşdırılır.