Yevlax sakinini ilan vurub.
APA-nın məlumatına görə, hadisə axşam saatlarında rayonun Əkşəm kəndində fərdi təsərrüfatlardan birində baş verib.
Ev sahibi, 1988-ci il təvəllüdlü Rasim Şahsuvar oğlu Allahverdiyevi sol ayaq nahiyəsindən gürzə vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.