Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yol polisi piyadalara müraciət etdi: Son həftə ərzində 6 ölüm faktı
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
İdarədən Oxu.Az-a verilən xəbərə görə, müraciətdə deyilir:
"Piyadavurma hadisələrinin sayının azaldılması sürücülərlə yanaşı, həm də piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından birbaşa asılıdır.
Yol saldığımız həftə ərzində 6 nəfərin həyatını itirməsi, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən 9 piyadavurma hadisəsi qeydə alınıb ki, həmin hadisələrin mütləq əksəriyyəti sutkanın qaranlıq vaxtına təsadüf edib.
Sözsüz ki, bu nəticənin formalaşmasında yolun işıqlandırılması, yol infrastrukturun piyadalar üçün rahat və əlçatan olması kimi amillər də rol oynayır. Lakin yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi, bir sözlə öz həyat və sağlamlıqlarına qarşı aşkar biganəlik nümayiş etdirməsi sonda acı nəticələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarını həyati vacib norma olaraq qəbul etməyə və hərəkət zamanı şəxsi məsuliyyət hissini unutmamağa çağırır!".
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
- Şamaxıya gedən yolda hərəkət dayandı
- BDYPİ: "Ötən gün respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb"
- Yol polisi sərnişindaşıma ilə məşğul olanlara müraciət edib
- BDYPİ: "Hava şəraiti ilə bağlı piyadaların təhlükəsizliyi xüsusi olaraq diqqətdə saxlanılır"