Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ukrayna Qərbdən daha iki növ qırıcı ala bilər
Ukrayna Qərbdən daha iki növ qırıcı - "Gripen" və "Eurofighter" almağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə telemarafonda çıxış edən Ukraynanın müdafiə naziri Rüstəm Umerov məlumat verib.
"Gripen" və "Eurofighter" ilə bağlı məsləhətləşmələr davam edir", - o bildirib.
Umerovun sözlərinə görə, bu danışıqların nəticələri tezliklə məlum olacaq.
Nazir, həmçinin xatırladıb ki, Qərb müttəfiqləri ABŞ-nin F-16 və Fransanın "Mirage-2000" qırıcılarını Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcəklər. Umerov əlavə edib ki, F-16-ların tədarükü üzrə öhdəliklər qismən yerinə yetirilib.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- BMT ABŞ-nin Ukrayna ilə bağlı qətnamə layihəsini qəbul edib
- Ərdoğan: "Türkiyə olaraq sülhün təmin olunması üçün əlimizdən gələni edəcəyik"
- Ukrayna ilə Rusiya arasında RAZILAŞMA: Kursk sakinləri təxliyə ediləcəklər
- Kanada Rusiyanın aktivləri hesabına Ukraynaya milyardlarla dollar verəcək
- Zelenski öz NATO-sunu qurmaq niyyətindədir
Ən çox oxunanlar