Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yol polisi sürücünü təqib edə bilərmi? - VİDEO
Əksər vətəndaşlar düşünür ki, yol polisi tabe olmayan sürücünü və ya onun avtomobilini təqib edə, qova bilməz. Bəziləri isə başqa fikirdədir. Düşünürlər ki, şəhərdə müşahidə kameraları varsa, bu qovma, təqib nəyə lazım? Hər iki halda qanun öz sözünü deyir. Və bu, qanunlarımızda öz təsbitini tapıb.
Oxu.Az xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Proqramın qonağı olan Bakı Baş Dövlət Yol Polisi İdarəsinin (BBDYPİ) şöbə rəisi Vaqif Əsədov bildirib ki, əbəs yerə heç kim təqib edilmir:
“Saxlama işarəsi fitlə, radioqəbuledici, sayrışan işıqlarla verilə bilər. Saxlama əmri verilirsə, sürücü müzakirə etmədən tələbi yerinə yetirməlidir. Yəni keç kim əbəs yerə təqib edilmir. Belə olan halda qaydaları pozmaq, əmrə tabe olmamaq və digər inzibati cərimə tədbirləri həmin sürücü üçün ümumi cəza kimi kəsilir.
Sadalanan hallara görə 150 manatdan 400 manata kimi cərimə, sutkalıq həbs və sürücülük hüququndan məhrumedilmə kimi cəzalar nəzərdə tutulur”.
"Bakı" teqi üzrə xəbərlər
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı