Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki yolda sürücülər təhlükəli vəziyyətlə üz-üzə qalırlar.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Sürücü qeyd edib ki, yolda qazıntı işləri aparılsa da, müvafiq yol nişanlarının qoyulmaması səbəbindən avtomobili qazılmış əraziyə düşüb və nəticədə ona maddi ziyan dəyib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə faktı təkzib edib.
Qurumdan bildirilib ki, sözügedən ərazidə hazırda tunel tipli Lökbatan kollektorunun tikinti quruculuq işləri icra edilir.
"Yol boyunca təhlükəsizlik və xəbərdaredici nişanlar quraşdırılıb. Lakin video görüntüdən də aydın olduğu kimi, hər hansı nəqliyyat vasitəsi tərəfindən məlumatlandırıcı lövhə yerə salınıb. Məsələ ilə bağlı məlumat müvafiq sukanal idarəsinə verilib, əraziyə baxış keçiriləcək. Kollektorun inşası yekunlaşan ərazilər üzrə isə asfalt qatının bərpası təmin ediləcək", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova