Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Martın 9-u axşamdan 14-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə fasilələrlə dumanlı hava şəraitinin olacağı gözlənilir.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Martın 10-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.