Bu dəqiqələrdə Bakının Neftçilər prospektində çoxlu sayda polis toplaşıb.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Azadlıq meydanında Post Patrul Xidməti və Dövlət Yol Polisi avtomobilləri bir neçə sıra düzülüb.
Məlumata görə, avtomobillərin sayı 100-ü ötür.
Şahidlərin Oxu.Az-a bildirdiklərinə görə, yığılmış avtomobillər yeni alınıb və sabah Daxili İşlər Nazirliyinin müvafiq bölmələri arasında paylaşılacaqlar.
FOTO: Əli Məhərrəmli

E.Ə.
www.oxu.az