Ruslar Azərbaycanda 200 ildən çoxdur ki, yaşayırlar. Bizim mədəniyyətdə, ənənələrdə, mentalitetdə çoxlu ortaq nöqtələrimiz var.
Oxu.Az xəbər verir ki, bu barədə millət vəkili, Azərbaycanda Rus icmasının sədri Mixail Zabelin “Pravda” qəzetinə müsahibəsində deyib.
“Azərbaycan xalqı rus xalqı kimi çox qonaqpərvər, səmini və xoş niyyətlidir. Bu keyfiyyətlər uyğunlaşır və hər zaman möhkəmlənən körpünü yaradır”, - o deyib.
Azərbaycanlıların ruslara münasibəti ilə bağlı suala cavab olaraq o deyib:
“Mən əslən bakılı və etnik rusam, Milli Məclisin deputatıyam. Buradan məlum olur ki, ruslara münasibət necədir. Siz ölkənin ən ucqar yerlərinə gedə bilərsiz və paytaxtda gəzə bilərsiz və heç yerdə nə əyri baxış görərsiz, nə də kobud söz eşidərsiz.
Yerli ruslar Azərbaycanı vətən hesab edirlər. Və heç kəs bizi burada yad hesab etmir”.