Müğənni İzzət Bağırzadənin oğlu Əli ANS-də yayımlanan “Uşaqdan böyüyə” verilişinin iştirakçısı olub.
Oxu.Az xəbər verir ki, ifaçının oğlu məşhur “Kurtlar vadisi” türk serialının baş qəhrəmanı Polad Ələmdarın etdiklərini təkrarladığını deyib:
“Bir dəfə kinoda Polad evi yandırdı. Mən də ondan öyrənib nənəmin evini yandırdım. Kağızı od vurub şkafa qoydum, sonra eyvana çıxdım. Gördüm ki, tüstü gəlir. Yanğınsöndürənlər gəlib yanğını söndürdülər”.
Verilişin aparıcısı İrəm Nəbiyeva Əlinin həqiqətən də nənəsinin evini yandırdığını təsdiqləyib.