Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordusunun yeni tədris ilinə hazırlığını yoxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikasına gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nazirin rəhbərlik etdiyi qrupun məqsədi hərbi hissələrin maddi-texniki və silah-sursatla təchizatının vəziyyəti, şəxsi heyətin sosial-məişət məsələlərini yoxlamaqdır.