Əfsanəvi futbolçu Eysebio yanvarın 5-nə keçən gecə 72 yaşında dünyasını dəyişib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Eysebionun bir vaxtlar şərəfini qoruduğu Portuqaliyanın “Benfika” klubundan açıqlama verilib.
Futbolçunun ölümünə ürək dayanmasının səbəb olduğu bildirilir. Digər təfərrüatlar barədə hələlik bilgi verilmir.