Zərdab rayon prokuroru Süleyman Süleymanov vəzifəsindən uzaqlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
O bildirib ki, S. Süleymanov rayon prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə baş prokuroroun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, S. Süleymanov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu.
E.Ə.
www.oxu.az