Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zaqatala və Qaxda elektrik enerjisi kəsilib
Qeyri-sabit hava şəraiti Zaqatala və Qax rayonlarını işıqsız qoyub.
"Report"un məlumatına görə, hadisəyə axşam saatlarından başlayaraq davam edən yağışlı və küləkli hava səbəb olub.
Güclü külək nəticəsində iri gövdəli ağaclar Zaqatala rayonu ərazisində 110 kilovoltluq birinci və ikinci xətlərin üzərinə aşıb. Nəticədə Zaqatala və Qax rayonlarında tam olaraq elektrik enerjisinin verilişi dayandırılıb.
"Azərişıq" ASC-nin Şimal-Qərb Regional İdarəsindən bildirilib ki, regionda yerləşən şəbəkələrin əməkdaşları hadisə baş verən əraziyə yollanıblar:
"Elektrik enerjisinin bərpası istiqamətində təxirəsalınmaz işlər görülür".
"Elektrik təchizatında fasilələr" teqi üzrə xəbərlər
- Bakının bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
- Güclü külək Göyçayda fəsadlar törədib: Elektrik enerjisinin verilişi dayandırılıb
- "Şagirdlər soyuq siniflərdə oturublar" - Sulutəpədə məktəbin işığı niyə kəsilib?
- Sabah Culfanın bəzi kəndlərində işıq olmayacaq
- Bakının dörd rayonunda işıq olmayacaq