Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan millisi Albaniya yığmasına uduzub
Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Albaniya millisi ilə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində baş tutan matçda yığmamız 1:3 hesabı ilə məğlub olub.
"Haladas SportKomplexum"dakı qarşılaşmada hesabı 12-ci dəqiqədə Nedim Bayrami açıb. 81-ci dəqiqədə Rey Manay fərqi artırıb. Yeddi dəqiqə sonra Qyazim Lyaçi yığmamızı üçüncü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Millimizin yeganə qoluna isə 89-cu dəqiqədə Musa Qurbanlı imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq.
Bu gün beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələcək Azərbaycan və Albaniya yığmalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Emin Mahmudov, Ramil Şeydayev, Mahir Emreli, Toral Bayramov.
Albaniya: Strakoşa, Hysaj, Ajeti, Cimsiti, Mitay, Asllani, Ramadani, Bayrami, Asani, Broxa, Seferi
Qeyd edək ki, Macarıstandakı "Haladas SportKomplexum"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Bu gün futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Oxu.Az xəbər verir ki, yığma Macarıstanda Albaniya kollektivi ilə üz-üzə gələcək.
"Haladas SportKomplexum"dakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Görüşü macar hakim Mihay Kaprali idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq.