Zaqatalada 38 yaşlı kişi evdə ölü tapılıb.
“Report” xəbər verir ki, hadisə Zaqatala şəhəri, M.Müşfiq küçəsi, ev 26 ünvanında qeydə alınıb.
Belə ki, Zaqatala Rayon Polis Şöbəsindən rayon prokurorluğuna 1986-cı il təvəllüdlü Rəşad Qurbanovun yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, gecə R.Qurbanov yuyunmaq üçün hamam otağına keçib, səhər saat 06:30-da hamam otağında atası Fərhad Qurbanov tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.
Rəylər