Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zaqatalada daha bir azyaşlı ÖLDÜ
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində rayonun Danaçı kənd sakini olan 08.10.2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideynlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım şöbəsinə gətirilib.
Müayinə zamanı azyaşlı M.Katmayevdə qızdırma, viruz infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib. Azyaşlı təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.
Aparılan həkim müdaxilələrinə baxmayaraq, axşam saat 19 radələrində Reanimasiya şöbəsində M.Katmayevdə bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, 07.01.2025-ci il tarixində Zaqatala RMX-nın doğum şöbəsində yeni doğulan körpə ölümü baş verib.
Hər iki faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
"Zaqatala Rayon Mərkəzi Xəstəxanası" teqi üzrə xəbərlər
- Zaqatalada iki "Mercedes" toqquşub: Xəsarət alanların adları məlum oldu
- Zaqatalada ağır qəzada xəsarət alanların son vəziyyətləri açıqlanıb
- Zaqatalada oruc tutmağa hazırlaşan qadın QƏFİL ÖLDÜ
- Qızdırma ilə Zaqatala xəstəxanasına çatdırılan gəncin ölüm səbəbi açıqlandı
- Oğlunu hərbi xidmətə yola saldıqdan sonra ölən ananın FOTOSU