Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, yaralananlardan üçü, o cümlədən bir azyaşlı eyni ailənin üzvləridir.
Xəsarət alanlar VAZ-2106 markalı avtomobilin sürücüsü, Zaqatala rayonunun Çobankol kənd sakini, 1984-cü il təvəllüdlü Fuad Akif oğlu Məmmədov, onun 2020-ci il təvəllüdlü azyaşlı övladı Yağmur Məmmədova, anası, 1959-cu il təvəllüdlü Ağsurə Məhəmməd qızı Məmmədova, həmçinin KIA markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əli Ərəstun oğlu Muxtarovdur.
Yaralıların müalicəsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunda davam etdirilir.
Şükufə Süleymanlı
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.
İlkin məlumata görə, KIA və VAZ-2106 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilib ki, xəsarət alanlardan biri Bakı şəhər sakini, digər üç nəfər isə Zaqatala rayon sakinidir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hazırda onlara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.