"Zirə" futbol klubu yeni futbolçu ilə anlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komanda Hüseynəli Quliyevi öz heyətinə qatıb. Qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl "Sumqayıt", "Səbail" və "İmişli" klublarında çıxış edib.
Qaynar xətt:
(055) 224 12 12