Zaqatalada 27 yaşlı Daun sindromlu şəxsi maşın vurub.
Lent.az-ın məlumatına görə, hadisə Əliabad qəsəbəsində baş verib. Qəsəbə sakini, 27 yaşlı İbrahim Üzeyir oğlu Daşdəmirov yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İ.Daşdəmirov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər keçirilir.