Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Suyun səviyyəsi qalxdı, bənd çat verdi: 100-dən çox ailə təhlükədə
Yağışlar nəticəsində Talaçayda suyun səviyyəsi xeyli artıb. Nəticədə istismar müddətini başa vurmuş beton bəndin bir hissəsi hər an aşma təhlükəsi ilə üz-üzədir.
Bəndin dibindən küçəyə, asfalt yola qədər bir neçə yerdə sürüşmələr və iri çatlar əmələ gəlib. Eyni zamanda, bir elektrik dirəyi aşıb.
Sakinlər bildiriblər ki, hər dəfə yağış yağdıqda mövcud vəziyyətlə bağlı ciddi narahatlıq yaşayırlar:
"Bu küçədə 100-dən artıq ailə yaşayır. Gecələr yata bilmirik, qorxu içərisindəyik. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma heç bir nəticə əldə olunmayıb".
Ətraflı Baku TV-nin süjetində:

Zaqatalada Talaçayda sel suları mühafizə bəndini qəzalı vəziyyətə salıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilib ki, güclü yağışlar nəticəsində Talaçayda suyun səviyyəsinin artması nəticəsində Zaqatala şəhərinin Nizami küçəsinin mühafizəsini təmin edən daş-beton bəndin bir hissəsi yararsız vəziyyətə düşüb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Ruslan Poladov bildirib ki, həmin ərazi Zaqatala rayonu Nizami küçəsində yerləşir:
"Talaçayın sağ sahilində olan bənd 1980-ci illərdə inşa edilib. O artıq istismar müddətini başa vurub. Ərazi mütəmadi olaraq texnikalarla nəzarətdə saxlanılır. Çayın məcrası həmişə sol sahilə doğru dəyişdirilir. Lakin gecədən başlayan leysan yağışları nəticəsində çaydan sel keçib. Sel nəticəsində çay məcrasını sağ sahilə doğru dəyişib. Bəndlər istismar müddətini başa vurduğu üçün onların aşağı hissəsi deşilib. Nəticədə mövcud təhlükəli vəziyyət yaranıb. Tərəfimizdən həmin məsələ daha əvvəlcədən qaldırılıb. Əraziyə baxış keçirilib və 300 metrə yaxın mühafizə bəndinin təklifi hazırlanıb".
Həmin görüntüləri təqdim edirik:
Şükufə Süleymanlı