Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İranın hücumuna qarşı Ərəb dünyası ayağa qalxdı - Qətərə dəstək artır
İranın Qətərdəki ABŞ hava bazasına hücumunu qınayan ölkələr sırasına Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Küveyt, Oman, Fələstin, Yəmən və Mərakeş də qoşulub.
Oxu.Az xəbər verir ki, sözügedən ölkələrin xarici işlər nazirlikləri bu məsələ ilə bağlı müvafiq bəyanatlarla çıxış ediblər.
BƏƏ və İordaniya XİN-ləri hücumun beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə açıq şəkildə zidd olduğunu vurğulayaraq, Qətərə dəstəklərini ifadə ediblər.
İordaniya XİN hücumu "təhlükəli eskalasiya" kimi qiymətləndirdiyini bildirərkən, Küveyt XİN bunun Qətərə qarşı aşkar hücum olduğunu bəyan edib.
Misir XİN İranın hücumunu regional sabitliyi təhdid edən təhlükəli hadisə kimi dəyərləndirib.
Oman hücuma qarşı Qətərlə həmrəylik ifadə edib. Fələstin isə hücumu pisləyərək, bunu Qətərin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirib.
Yəmən XİN də hücumun beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olduğunu bildirib.
Mərakeş isə hücumu pisləyərək Qətərlə həmrəy olduğunu açıqlayıb.
"Səudiyyə Ərəbistanı İranın qardaş Qətər dövlətinə qarşı başlatdığı hücumu ən güclü ifadələrlə qınayır".
Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında yaydığı məlumatda deyilir.
Bildirilir ki, bu hücum beynəlxalq hüquq və mehriban qonşuluq əlaqələrinin açıq şəkildə pozulmasıdır:
"İranın hücumu qəbuledilməzdir və heç bir şəkildə haqlı göstərilə bilməz. Səudiyyə Ərəbistanı qardaş Qətər dövləti ilə həmrəydir və tam dəstəyini ifadə edir. Ölkəmiz Qətərin bütün təşəbbüslərində dəstəkləmək üçün öz resurslarını səfərbər etməkdədir".
Xatırladaq ki, İran Qətərdəki "Əl-Udeyd" Amerika aviabazasına raketlərlə hücum edib.
"Səudiyyə Ərəbistanı" teqi üzrə xəbərlər
- Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüblər
- Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfərə gedib
- Azərbaycanla Səudiyyə Ərəbistanı arasında Anlaşma Memorandumu ratifikasiya edilib
- Milli Məclis Səudiyyə Ərəbistanı ilə bağlı memorandumu TƏSDİQLƏDİ
- Səudiyyəli nazir ABŞ-yə gizli səfər edərək İranla bağlı danışıqlar aparıb