ABŞ-də keçirilən klublararası dünya çempionatında B qrupunun üçüncü turunun oyunları başa çatıb.
Oxu.Az xəbər verir ki, qrup mərhələsinin sonuncu turunda "Sietl Saunders" (ABŞ) - PSJ (Fransa) və "Atletiko Madrid" (İspaniya) - "Botafoqo" (Braziliya) matçları keçirilib.
"Sietl Saunders" - PSJ matçı 0:2 hesabı ilə Fransa təmsilçisinin qələbəsi ilə başa çatıb. Qolları Kvaratsxeliya və Hakimi vurublar.
"Atletiko Madrid" - "Botafoqo" oyunu isə ispanların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Qarşılaşmada yeganə qolu Qrizman vurub.
Üç turdan sonra PSJ, "Botafoqo" və "Atletiko Madrid" 6 xal toplayıb. Lakin top fərqinə görə PSJ və "Botafoqo" 1/8 final mərhələsinə adlayıblar.