Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

NATO sammiti ərəfəsində hakerlər Niderland hökumətinin saytlarına hücum ediblər
Rusiyayönlü hakerlər NATO sammiti ərəfəsində Niderland hökumətinin internet saytlarını sındırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat verib.
Hakerlərin hərəkətləri Cənubi Niderland və Overeyssel əyalətlərinin şura və ştatlarının, həmçinin Haaqa, Den Boş və Delft kimi bələdiyyələrin sənədləri olan veb-səhifələrə girişi çətinləşdirib. Hücuma görə məsuliyyəti "Telegram" kanalı vasitəsilə fəaliyyət göstərən rusiyayönlü "NoName05716" haker qrupu üzərinə götürüb.
Bələdiyyələrə xidmət göstərən "NotuBiz" şirkəti öz sistemlərinə yönəldilmiş böyük həcmdə şəbəkə trafikinin olduğunu bildirib. Şirkətin nümayəndəsi qeyd edib ki, şirkətin brandmaueri (qoruyucu sistem) işini düzgün yerinə yetirir, lakin bununla belə, səhifələrin yüklənmə müddəti uzanır. "NotuBiz" kəsilmənin DDoS hücumu nəticəsində baş verdiyini rəsmən təsdiqləməyib.
"Haker hücumu" teqi üzrə xəbərlər
- İranlı hakerlər Trampı yaxın ətrafının məxfi yazışmalarını ifşa etməklə hədələyirlər
- Kriptovalyuta xidmətlərindən 2 milyard dollar oğurlanıb
- Mobil təhlükə artır: "SMS Blaster" fırıldağı sürətlə yayılır
- Diplomatik çağırış: Britaniyalı nazir İrana təkliflə müraciət etdi
- İranda iki yerli banka qarşı kiberhücumlar olub