Azərbaycanın Zaqatala rayonunda zəlzələ baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla 19:22-də Zaqataladan 15 km cənub-şərqdə qeydə alınıb.
3.10 maqnitudada və 15 km dərinlikdə baş verən zəlzələ episentirə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.