Qatar Airways” şirkəti (Qətər Hava Yolları) Bakıdan bəzi istiqamətlərdəki ekonom sinif biletlərin qiymətinə endirim aksiyasına başlayıb.
Oxu.Az Modern.Az-a istinadən xəbər verir ki, Şirkətin Bakı nümayəndəliyindən verilən məlumata görə, “Qatar Airways” ilə səyahət etmək istəyənlər bu ilin dekabrın 2-dən 2014-cü il yanvarın 31-dək Bakıdan Tbilisiyə 248, Dubaya 265, Əbu-Dabiyə 310, Banqkoka 685, Kolomboya 617, Pekinə 525 manata səyahət edə bilərlər.
Aksiya 2013-cü il dekabrın 2-dən 20-dək alınan biletlərə şamil olunacaqdır.