8 Noyabr - Zəfər Gününə həsr olunan hərbi parada hazırlıq davam edir.
Oxu.Az xəbər verir ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.
Hazırlıq məşqləri zamanı avtomobil və döyüş texnikalarının müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.
Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. Bu il isə noyabrın 8-də paytaxtın Azadlıq meydanında hərbi parad təşkil olunacaq.








Daha çox foto burada: Photostock.Az
Rəşid Qarayev