Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zəlzələ bölgəsində yollarda çatlar əmələ gəlib - FOTOVİDEO
Fevral ayının 5-də, gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hissəsində 1-3 sm enində beş yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb.
Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yollara baxış keçirilir, yollara dəymiş ziyan aktlaşdırılır.
Rəylər