Ziya Bünyadov prospekti Əsas yol “Koroğlu” metrosu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, bu, bu gün ərzində Ziya Bünyadov prospektində qeydə alınan üçüncü yol-nəqliyyat hadisəsidir.
Sürücülərə nəqliyyat vasitələrini daha ehtiyatla idarə etmələri, sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri tövsiyə olunur.
E.Ə.
www.oxu.az